525.Az

“Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır”


 

“Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır”<b style="color:red"></b> “Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri yüksək səviyyədədir”. 
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib.
 
O, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsildığını qeyd edib:
 
“Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”.
 
Təhsil müşaviri qeyd edib ki, Azərbaycanda isə Türkiyədən 3 min tələbə təhsil alır:

“Hər iki ölkə tələbələrinin təhsil aldıqları sahələr fərqlidir. Azərbaycandan Türkiyəyə gedən tələbələr memarlıq, tibb, mühəndislik, iqtisadiyyat və turizm sahələrində təhsil almağa maraq göstərir. Bu sahələrə bir neçə ildə də tələbələrin marağı artıb. Türkiyədən Azərbaycana gələn tələbələr isə əsasən, tibb sahələri üzrə təhsil almağa üstünlük verir.

Bundan başqa, pedaqoji, psixoloji, memarlıq, inşaat və digər sahələrdə də təhsil alan tələbələrimiz var”.
 





27.10.2017    çap et  çap et