525.Az

"Azərbaycanlı investorlar Həştərxanda yeni zavodların inşasında fəal iştirak edirlər"


 

"Azərbaycanlı investorlar Həştərxanda yeni zavodların inşasında fəal iştirak edirlər"<b style="color:red"></b> “Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.
 
S. Lavrov Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslandığını qeyd edib: "Regionlar xüsusi iqtisadi zonalar və orada olan təqdim olunan güzəştlərin bütün imkanlarından istifadə edərək əlverişli investisiya mühitinin yaradılması üçün məqsədyönlü işlər görür”.
 
Rusiya XİN başçısı İran tərəfinin Həştərxan vilayətindəki "Lotos" xüsusi iqtisadi zonada kənd təsərrüfatı layihələrini də həyata keçirdiyini bildirib.
 





27.10.2017    çap et  çap et