525.Az

Meksika səfiri Dəniz Administrasiyasının rəhbərilə görüşdü


 

Meksika səfiri Dəniz Administrasiyasının rəhbərilə görüşdü<b style="color:red"></b>

Oktyabrın 25-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovla görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə məqsəd ikitərəfli əməkdaşlıq imkanları və perspektivlərini müzakirə etmək olub.

Administrasiya rəhbəri idarə etdiyi qurum haqqında ümumi məlumat verib, onun əsas funksiyaları və xarici təşkilatlarla əlaqələridən söz açıb.

R.Labardini isə səfirliyin fəaliyyəti barədə danışıb. Səfir Azərbaycanla Meksikanın dənizçilik qurumları arasında mümkün əməkdaşlıq imkanlarını qeyd edib. Həmçinin, diplomat Meksikada limanların rolu və dəniz sektorunun vacib məlumatlarını diqqətə çatdırıb. Eyni zamanda, məlumat verilib ki, Meksikada Sakit və Atlantik okeana çıxışı olan yüksək səviyyəli liman qurğuları mövcuddur. Bundan əlavə, əməliyyat qabiliyyətini illik 98 milyon tona çatdırmağı istəyən yeni Verakruz Limanının imkanları vurğulanıb.

Beynəlxalq Dəniz Təşkilatındakı üzvlükləri haqqında söhbət edən tərəflər bu qurum çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edib, fikir mübadiləsi aparıblar.

Ceyhun ABASOV

 





27.10.2017    çap et  çap et