525.Az

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olundu


 

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olundu<b style="color:red"></b> Bu gün Bakıdakı 20 nömrəli məktəb-liseydə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov tədbirdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələr əldə olunmasına şərait yaratdığını deyib.
 
Nazir qeyd edib ki, milli-mənəvi dəyərlərə əsaslanan vətəndaş tərbiyəsi bugünkü fəaliyyətin əsas istiqaməti olmalıdır: “Təhsil alanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır. Bu ildən bütün ölkəni əhatə edən təmayülləşmə buna xidmət edir. Təmayülləşmə yeni yanaşmaların, fərqli öyrənmə mühitinin bərqərar olması, pedaqoji prosesin şagirdlərin meyl və maraqlarına uyğun qurulması üçün müəllimlərə əlverişli  imkan yaradır. Bu imkanı real nəticələrə çevirmək üçün müəllimlərin üzərinə mühüm vəzifələr düşür”.
 
Tədbirin davamında təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.
 
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə, 54 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 53 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.
 





27.10.2017    çap et  çap et