525.Az

Kataloniyaya yeni rəhbər təyin edildi


 

Kataloniyaya yeni rəhbər təyin edildi<b style="color:red"></b> İspaniya hökuməti Kataloniya hökumətinin və parlamentinin buraxılmasından sonra bölgəyə yeni rəhbər təyin edib.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, İspaniya baş nazirinin müavini, xanım Sorayya Saens de Santamariya Anton Kataloniya muxtariyyətinin yeni rəhbəri olacaq. 
 
Kataloniya polisinin rəisi Massos Jozep Luis Trapero da istefaya göndərilərək regionun hüquq-mühafizə orqanlarına rəhbərlik İspaniya Daxili İşlər Nazirliyinə həvalə edilib. Trapero müstəqillik referendumundan əvvəl baş verən qarışıqlı zamanı İspaniya polisinə köməkdən şüurlu surətdə imtina etməkdə ittiham olunur və qiyama cəhd şübhəsi ilə istintaq altındadır.
 
Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya parlamenti və hökuməti buraxılıb.
 





28.10.2017    çap et  çap et