525.Az

Putin Ərdoğanı Cümhuriyyət Günü münasibəti ilə təbrik etdi


 

Putin Ərdoğanı Cümhuriyyət Günü münasibəti ilə təbrik etdi<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanı Türkiyənin milli bayramı - Cümhuriyyət Günü münasibəti ilə təbrik edib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında dərc olunmuş məlumatda bildirilir.
 
Məlumata görə, prezidentlər inkişafda olan ikitərəfli əməkdaşlığım müxtəlif aspektlərini, o cümlədən, iri müştərək enerji layihələrin icrasını, habelə Suriyada təhlükəsizlik zonaların yaradılmasının təmin edilməsini, terrorla mübarizənin və siyasi nizamlanma prosesinin intensivləşdirilməsini  müzakirə ediblər.
 
Liderlər şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.
 





29.10.2017    çap et  çap et