525.Az

Türkiyə baş naziri İlham Əliyevə təşəkkür etdi


 

Türkiyə baş naziri İlham Əliyevə təşəkkür etdi <b style="color:red"></b> Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.
 
Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.
 
Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə  Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.
 





30.10.2017    çap et  çap et