525.Az

Trampın kürəkəni Ər-Riyada elan olunmamış səfər etdi


 

Trampın kürəkəni Ər-Riyada elan olunmamış səfər etdi<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada elan olunmamış səfər edib.
 
APA-nın məlumatlına görə, bu  barədə “Politico” Ağ Evdəki mənbəyə istinadən xəbər verib.
 
Onun sözlərinə görə, C.Kuşneri səfərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauel və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt müşahidə edib.
 
Qeyd edək ki, sahibkar və milyonçu, 36 yaşlı  Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır.
 





30.10.2017    çap et  çap et