525.Az

İsmayıllıda regional ictimai müzakirə


 

İsmayıllıda regional ictimai müzakirə <b style="color:red"></b>

İsmayıllıda "Azərbaycan iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər" mövzusunda növbəti regional ictimai müzakirəsi keçirilib.

Regional müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından 200-dən çox sahibkar, həmin rayonların icra hakimiyyətləri başçılarının müavinləri və ictimaiyyət nümayəndələri qatılıblar.
 
Qonaqlar əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Müzakirələrdə Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, regional müzakirələrin keçirilməsində əsas məqsəd iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və əhalinin, xüsusilə də sahibkarları məlumatlandırmaq üçün həyata keçirilən tədbirlərdir, eyni zamanda regionlarda iqtisadi islahatların aparılmasında ictimai iştirakdır.

Milli Məclisin deputatı Novruz Aslanov çıxışında həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, sahibkarlara yaradılan münbit şəraitdən söhbət açaraq sahibkarları tez-tez belə müzakirələrə dəvət edib.

 





30.10.2017    çap et  çap et