525.Az

Kommersiya tipli dəmir yollarında qadağalara dair təlimə start verildi


 

Kommersiya tipli dəmir yollarında qadağalara dair təlimə start verildi<b style="color:red"></b> ABŞ səfirliyi kommersiya tipli dəmir yollarında qadağalara dair təlimə start verib.
 
APA-nın xəbərinə görə, 30 oktyabr - 13 noyabr tarixlərində keçiriləcək təlimdə ABŞ-dan olan mütəxəssislər beynəlxalq sərhədlərdən keçən sərnişin və yük qatarlarını yoxlayan Azərbaycan və Gürcüstanın sərhəd mühafizəçiləri ilə müdaxilə etmədən, yoxlama avadanlığından istifadə də daxil olmaqla yoxlama üsul və bacarıqlarını bölüşəcəklər.
 
Bu təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması, qeyri-qanuni daşınmalarının qarşısının alınması sahəsində Azərbaycan və Gürcüstan təcrübələrinin artırılmasıdır.
 
Təlimdə Azərbaycan və Gürcüstanın hər birindən 12 gömrük əməkdaşı iştirak edəcək.
 
Təlimin açılış  mərasimində iştirak edən ABŞ səfiri Robert  Sekuta deyib ki, bu təlim ABŞ, Gürcüstan və Azərbaycanın kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üçün birgə səylərinin gücləndirilməsinə həsr edilib. Səfir bildirib ki, üç ölkə sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq  edir.
 
Səfir qeyd edib ki, ölkələr xalqının rifahını təmin etmək üçün sərhəd təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: "Azərbaycan və Gürcüstan tranzit ərazidir, burda kütləvi qırğın silahlarının daşınması təhdidləri var. Bu sahədə  beynəlxalq  əməkdaşlıq mütləqdir".
 
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov təlimin önəmini qeyd edərək sərhəd təhlükəsizliyi məsələlərində beynəlxalq təcrübənin öyrənilməsi və Gürcüstanla iş birliyinin vacib olduğunu bildirib.
 





30.10.2017    çap et  çap et