525.Az

"Azərbaycan İran tərəfində dəmir yolunun tikintisinə kredit ayırmağa hazırdır"


 

"Azərbaycan İran tərəfində dəmir yolunun tikintisinə kredit ayırmağa hazırdır"<b style="color:red"></b> "Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçiriləcək görüşü ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr olunub".
 
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
Nazir deyib ki, ilk görüş Bakıda keçirilib: "Şimal-Cənub nəqliyyat dəhlizinə maraq çox böyükdür. Azərbaycan hətta İran tərəfində dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana kredit də ayırmağa hazırdır. Bu yaxınlarda Azərbvaycan-İran hökumətlərarası komissiyasına iqtisadiyyat naziri Şahin Mustafayev yeni həmsədr təyin edildi.  Kredit şərtləri geniş müzakirə olunur. Bu məsələlər prezidentlərin də görüşündə diqqət mərkəzində olacaq".
 





30.10.2017    çap et  çap et