525.Az

"Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"


 

"Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"<b style="color:red"></b> "Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq".
 
APA-nın məlumatına görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir:

"Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycana çatır və bu yük bu gün Azərbaycandan yola salınacaq".
 





30.10.2017    çap et  çap et