525.Az

"Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir"


 

"Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir"<b style="color:red"></b> "Özbəkistan Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi önəm verir, bu sahəyə investisiyalar qoyur".
 
APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Özbəkistan baş naziri Abdulla Aripov bildirib. 
 
O qeyd edib ki, əlverişli nəqliyyat dəhlizi ölkələrin iqtisadi inteqrasiyasında böyük rol oynayacaq:
 
"Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir. Özbəkistan yüklərinin bu nəqliyyat dəhlizi ilə daşınmasında maraqlıdır. Bu, ölkələrimizin iqtisadi imkanlarından daha səmərəli istifadə etməyə imkan yaradacaq. Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidentinə və digər iştirakçılara bu layihənin uğurla başa çatdırılması münasibəti ilə təbrikimi çatdırıram".
 





30.10.2017    çap et  çap et