525.Az

Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verildi


 

Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verildi<b style="color:red"></b> Federal Təhqiqatlar Bürosuna (FTB) ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı bütün sənədləri dərc etməyə icazə verilib.
 
APA-nın məlumatına görə, bu barədə “Politico” xəbər verib.
 
Sənədlər ABŞ Milli Arxivi tərəfindən yaxın həftələr ərzində dərc olunacaq. Bununla belə, FTB-dən bir sıra sənədlərin redaktə olunduğu bildirilib. Həmçinin, həyatlarına mümkün təhlükə ilə əlaqədar, istintaqa məlumat verənlərin adları gizlədilib.
 
Oktyabrın 28-də ABŞ prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı bütün sənədlərin dərc ediləcəyini bəyan edib. “Bu, bütün sui-qəsd nəzəriyyələrinə son qoymaq məqsədi ilə ediləcək”, deyə Tramp qeyd edib.
 
Oktyabrın 27-də Con Kennedinin 1963 ildə qətli ilə bağlı 3 minədək sənəd ilk dəfə olaraq dərc edilib. Əvvəllər məxfi olan 2891 yeni sənəd ABŞ Milli Arxivinin saytında dərc olunub.
 





31.10.2017    çap et  çap et