525.Az

Qardaş ölkənin Cümhuriyyət bayramı Gəncədə də qeyd olundu


 

Qardaş ölkənin Cümhuriyyət bayramı Gəncədə də qeyd olundu<b style="color:red"></b>

Türkiyə Cümhuriyyətinin elan olunmasının 94-cü ildönümü münasibətilə bu ölkənin Gəncədəki Baş konsulluğu bayram tədbiri təşkil edib.

Bayram tədbirində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubu oxunub. Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşık çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, ölkəsinin bugünkü inkişafından və beynəlxalq siyasətdə tutduğu mövqeyindən danışıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də təbrik nitqi söyləyib və ölkələrimizin hər sahədə sıx əlaqələrinin daim inkişaf etdirilməsini dostluq və qardaşlığı örnək nümunəsi kimi dəyərləndirib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Zakir MURADOV
Gəncə

 





31.10.2017    çap et  çap et