525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim... - II hissə


 

Yarpaq tökümü və yaxud düşüncələrim... - <b style="color:red">II hissə</b>

Hər qazılan bünövrə yurd yerinƏ çevrilə bilməz

Dərk etmədiyin hƏqiqƏtlƏri, yanlış dərk etməyə çalışma

Qibləni diriykən axtar...

Atın beli sürüşkən olar, yıxar səni...

Yediyin yeməyi iyləmə, eşitdiyin sözü qurdalama

Ey, qapını döyən kimdir?! Bax, bu... Tale suallarıdır-hazırsanmı?

Gözləmədiyin  halda gördüyün etibarsızlıq səni  balta kimi doğrayacaq...

Əlin qabarı ayrıdır, ayağın qabarı ayrı

Dolanışıq qayğıları insanı çox dolandırar, çox fırladar

Abırsız adamın dərisi də qalın olar

İnsanın çaşması elə yerişindən  də bilinir...

Bəzən zəif yaddaşın da səni bəladan qurtara bilər

Gözünün acısını töküb yüngülləşərsən, dilinin acısını boşaldanda isə peşman ola bilərsən

Biri çöldən iylənər, biri içəridən - axırıncısı daha qorxulu  və daha fəlakətlidir...

Ətrafındakılarla sərt danışma, heç kimin sənə borcu yoxdur və heç borcunu da şərtlə qaytarma, şəstlə qaytar...

Hər çiçəkləyən Ağac bar verməz...

Sənin  çörək verdiyin  bəndəyə də bu çörəyi  Allah verir...

Boş palan ulağı  yola  verməz, yelə verər...

Hər qapını açana ürəyini açma...

Başına qaxanc edilən yaxşılığı-yeməsən yaxşıdır...

Çörəyini böl, özünü bölmə

Belini əyən Taleyin yüküdür

Sən bilirsənmi mən səni neçə görürəm?

Tələsik yemə, tələsik yerimə və danışma.  Hara tələsirsən belə, yol da Allahındır, yazı da...

Əmim deyərdi ki, bala, Allah kişinin axırını xeyir eləsin!..

Söz axırda dilin ucundan düşür, dişin sədəfindən süzülür. Dilini və dişini sıx...

İnsanın uzanması yox, enlənməsi qorxuludur...

Səni gözümün altında yox, üstündə görmək istəyirəm...

İtlər sürgəyə gələndə, həvirləşir...

Qaşınan baş xəstəlikdir, gicişƏn baş-bəla...

Hər fəslin öz meyvəsi olduğu kimi, hər söhbətin də öz zamanı var

Vidalaşanda deyilən sözlər uzunömürlü olur və unudulmur

Pərdə örtülü qalsa-yaraşıqlı və urvatlı olar...

Səninlə bərabər kədərlənən kimdir, sevinən kim?!

MeyvƏ kökdən, gövdədən gəlir, amma  saplaqdan sallanır

Qırılan ümid, qazılan qəbir - eyni şeydir

Ehtiyac səni hər qapını döyməyə məcbur edə bilər

İnsan gördüyü xoş yuxulardan ayılıb bunun məhz yuxu olduğunu dərk edir və yenidən həmin anları yaşamaq istəyir. Və bax beləcə, həyatla xülyalar arasında tellər çözəlir və ayrılır

Tək öz ürƏyinlƏ bu dərdi çəkə biləcəksənmi?!

Mən səni sevmək istədim, bir ömrə  çatdıra bilmədim. Kaş bunu biləydin, gəlib qəbrimin üstünə tökəydin o göz yaşlarını...

Aman allah, bu nədir, evlər boşalır, qəbirlər çoxalır və elə bil ki, Dünya qorxulu bir qəbirstanlığa çevrilir... 

Qapını açan həyat yoldaşın bilməlidir ki, kişi evə mehmanxanada yatmağa gəlmir, diqqət və nəvaziş görməyə gəlir. Elə et ki, kişi sabah da bu evə bir daha - geriyə dönə bilsin

GözündƏki sarılıq - ayrılıq əlaməti, üzündƏki qaralıq kasıblıq əlamətidir

Yollar qovuşanda ümidim artır, yollar haçalananda içimdə hər şey ... hər şey qırılır...

Əl qaldıranda, kaş bircə an əlini saxlaya biləydin?..

Sən ölməlisən ki, mən də doğula bilim...

Yaralı qəlbi hər kəs sağalda bilməz. Bu, sənsənsə, nəyi gözləyirsən, niyə gəlmirsən?!

Qəlbini açıq saxlamasan,  Bəxt Qapını bir  kimsə  döyməyəcək

Pis əməlin sahibinin duasını heç Allah da eşitməz...

Səni nə yaradıblarsa, sən də elə yaradacaqsan

Həssas və qayğıkeş, zərif və diqqətli insan yatanda da ayıq yatar

Qonşu kəndin bir toyunda bərk dava düşür və bir mərdimazarın sol gözünü vurub çıxarırlar. Bunu görən əmim başını yelləyib deyir  ki, iki gözünlə bu dünyanı yaxşı görə bilmirdin, ay yazıq, di get, hələ ki, bir gözün də bəsindir...

Hər şeydə bir gözəllik görmək, bir müsbət tapmaq  - böyüklük əlamətidir

Bir adam hamı üçün yaxşı ola bilməz. Hamı üçün yaxşı olan da yaxşı adam ola bilməz

Dediyin sözü dinləyən yoxdursa, özünü yormağa dəyməz

Qolunun zoru hələ güclü olmağın demək deyil...

QismƏti axtarmırlar, gəlirsə, özü gələcək

Əlindəki Balta sapından çıxanda sənə qarşı da çevrilə bilər

Baxır səni kim tərifləyir...

Hələ bilmək olmaz ki, qarşındakı sənin kədərini  və ehtiyacını necə qarşılayacaq?

Əvvəlcə özünə qulaq as, qəlbinin səsini dinlə...

MünasibƏtlƏri korlamaq istəyirsənsə  - nə səbəb axtar, nə bəhanə, çıx get və özünü urvatsız etmə

SƏbr - çox şeyin əlacıdır

Qarnını tez açıb-tökən adama bir də yaxın durma

Ayağın getməyən yerə  - başını dartıb niyə aparırsan?!

İnsanın ayaq tappıltısı ürəyinin ritmləri ilə eynidir

Gördüyün hər  şey - həm də nəticə çıxarmaq üçündür

Başqasının pərtliyinə gülməzlər...

Sənin pisliyin kimə keçdi: ona, yoxsa sənə?

Qayğılar səni yerdən qoparıb göydə fırladır, nə vaxt qayıdacaq və nə vaxt qaytaracaq? Bilinmir...

Qalxdığın pilləkanın o biri başından da   enəcəksən, çünki qalxmağın düşməyi də var...

İçindəki xəstəliyi və dərdi siman heç vəclə gizlədə bilməz

İnam gətirəni çox danışdırıb, üzmə onu...

Səni o birisi ilə müzakirə edən dostun ola bilməz...

Süni vurulan peyvəndin peyvası sənin nəyinə gərək?!

Dilinin Duası baxır haradan qaynaqlanır...

Hiddət və hikkə dolu dağarcığı tez-tələsik açmağa nə hacət...

Xoş baxışınla hara baxdınsa, elə hesab elə ki, bax ora  - ümid yerindir!..

Qazanında bişən yemək  də hələ sənin deyil...

İçində qırılan tellərə təbib neyləsin, nə əlac qılsın?..

 





31.10.2017    çap et  çap et