525.Az

“Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin konfransı başladı - Foto


 

“Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin konfransı başladı - <b style="color:red">Foto</b>

Türkiyənin Antalya şəhərində “Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin növbəti konfransı başlayıb.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və baş mütəxəssis Gülbəniz Səfərəliyeva iştirak edirlər.

Tədbirdə 20-dən artıq ölkədən nümayəndələr, TÜRKSOY təşkilatı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Bosniya və Herseqovina, Makedoniya, Monqolustan, Tatarıstan, Başqırdıstan Yakutiya və b. ölkələrin milli kitabxanaları iştirak edir.

Tədbiri Türkiyə Milli kitabxanasının direktoru Zülfi Toman açaraq iştirakçıları salamlayib, tədbirin türkdilli ölkələr üçün əhəmiyyətini qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Tədbir iştirakçıları milli kitabxanada olan innovasiyalar haqqında təcrübələrini bölüşüblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, bu günədək görülən işlərdən danışıb. Baş mütəxəssis Gülbəniz Səfərəliyeva isə “Azərbaycan Milli Kitabxanası elm, təhsil və mədəniyyətdə informasiya-kitabxana resursu kimi” adlı məruzə ilə çıxış edib.

Tədbirdə “Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin əsasnaməsi qəbul olunduqdan sonra əsasnamınin rəsmi imzalanma mərasimi keçirilib və idarə heyəti tərəfindən təsdiq edilib. Təşkilatın logosunun layihələrinə baxılıb və logosu təsdiq olunub.

İmzalanma mərasimindən sonra Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Ömer Arısoy çıxış edərək təşkilatın işinə uğurlar arzulayıb.

Konfrans noyabrın 1-də öz işini davam etdirəcək.

 

 





31.10.2017    çap et  çap et