525.Az

"Atletiko" "Qarabağ"ın şərəfinə ziyafət verdi


 

"Atletiko" "Qarabağ"ın şərəfinə ziyafət verdi<b style="color:red"></b>

Çempionlar Liqasının 4-cü turunda bu gün “Qarabağ”ı qəbul edəcək “Atletiko” klubunun rəhbərliyi Ağdam təmsilçisinin şərəfinə ziyafət verib.

Qol.az-ın xəbərinə görə, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Madriddə, “Kapitan Alatriste” restoranında təşkil olunmuş məclisdə hər iki klubun rəsmiləri və digər qonaqlar iştirak ediblər.

Ziyafətdə “Atletiko”nu klub prezidenti Enrike Serezo, vitse-prezident Antonio Alonso, prezidentin köməkçisi Oskar Gil, klubun səhmdarlarından biri Migel Perez təmsil edib.

“Qarabağ”da isə klubun prezidenti Tahir Gözəl, gürcü qonaq Nikolas Natbiladze, Franko Luis Enrike, klubun direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov yer alıb.

 





31.10.2017    çap et  çap et