525.Az

Kataloniyanın sabiq rəhbəri Barselonaya qayıtmaqdan imtina etdi


 

Kataloniyanın sabiq rəhbəri Barselonaya qayıtmaqdan imtina etdi<b style="color:red"></b> Bir neçə gün əvvəl Brüsselə gedən Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemon Barselonaya qayıtmayıb. 

APA-nın xəbərinə görə, bu barədə Barselona hava limanından “RİA Novosti”nin müxbiri məlumat verib.
 
“La Vanguardia” nəşri bundan əvvəl K.Puçdemonun təyyarə ilə Barselonaya yola düşdüyünü bildirmişdi. 
 
Qeyd edək ki, K.Puçdemon və Kataloniya hökumətinin 7 sabiq üzvü ötən həftə Barselonadan Brüsselə getmişdi. Onlardan ötən axşam Kataloniya Daxili İşlər Şurasının sabiq rəhbəri Joakim Forn və əmək və sosial məsələlər üzrə keçmiş müşavir Dolors Bassanın Barselonaya qayıtdığı bildirilir. K.Puçdemonun isə digər müşavirləri ilə Brüsseldə qaldığı bildirilir.
 
Qeyd edək ki,  Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək. 
 
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.
 





01.11.2017    çap et  çap et