525.Az

Nyu-Yorkda terakt törətməkdə şübhəli bilinən şəxsin müddəti keçmiş "qrin kard"ı olub


 

Nyu-Yorkda terakt törətməkdə şübhəli bilinən şəxsin müddəti keçmiş "qrin kard"ı olub<b style="color:red"></b> Nyu-Yorkda terakt törətməkdə şübhəli bilinən şəxsin müddəti keçmiş "qrin kard"ı olub.
 
APA-nın nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.  Məlumata görə, 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullo Saipov son illər Nyu-Yorkun yaxınlığındakı Nyu-Cersi ştatında yaşayıb. 
 
Qeyd edək ki, o, idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun əlində peyntbol tapançası olduğu bildirilir. 
 
Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb. Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib. Polis insidenti terror aktı adlandırıb.
 





01.11.2017    çap et  çap et