525.Az

"İran raketlərinin mənzilini artırmaq niyyətində deyil"


 

"İran raketlərinin mənzilini artırmaq niyyətində deyil"<b style="color:red"></b> İran raketlərinin mənzilini artırmaq niyyətində deyil.
 
APA-nın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri bildirib.

Onun sözlərinə görə, İranın malik olduğu raketlər ABŞ-ın bölgədəki obyektlərinədək olan məsafəni artıq asanlıqla dəf edə bilirlər.
 
“Bizim raketlərimizin mənzilini artırmaq imkanımız var, lakin hazırkı göstərici bizi qane edir, çünki amerikalılar bizdən 2 min km radiusundadırlar və onların hücumuna biz cavab vermək iqtidarındayıq”, - deyə Məhəmməd Əli Cəfəri bildirib.    
 
Onun sözlərinə görə, hazırda İran raketlərinin mənzili “ölkənin ali lideri Əli Xameneinin siyasətinə uyğun olaraq” 2 min kilometr civarındadır.  
 
“ABŞ İrana qarşı iqtisadi sanksiyalardan və təzyiqlərdən istifadə edir, çünki hərbi münaqişənin baş verəcəyi təqdirdə İrana məğlub olacağından ehtiyatlanır”, - deyə SEPAH komandanı qeyd edib.  
 
Qeyd edək ki,  ABŞ ötən gün İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar bir qrup fiziki şəxsə və SEPAH-ın hərbi-hava birləşməsi daxil olmaqla, bir neçə şirkət və təşkilatlara qarşı tətbiq edilib.
 
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar ümumilikdə 41 fiziki və hüquqi şəxsi əhatə edib.   
 
Məlumatda bildirilir ki, sanksiyalar kütləvi qırğın silahlarının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq edilib.
 





01.11.2017    çap et  çap et