525.Az

Ermənistanda həbsxanada insident


 

Ermənistanda həbsxanada insident <b style="color:red"></b> Ermənistanda cəzaçəkmə müəssisəsində insident baş verib.
 
APA-nın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin əməkdaşları istintaq hərəkətləri yerinə yetirərkən təqsirləndirilən şəxslərlə məhbuslar arasında münaqişə yaşanıb.
 
Onlar bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər, qapıları döyəcləyiblər. Bəzi məhbuslar pəncərələrdən yandırılmış yataq dəstlərini və məişət əşyaları atıblar. 
 
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
 





01.11.2017    çap et  çap et