525.Az

Kollecdə birinci kurs tələbələri ilə görüş


 

Kollecdə birinci kurs tələbələri ilə görüş <b style="color:red"></b> Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) birinci kurs tələbələri ilə orta ixtisas təhsil müəssisəsi rəhbərliyinin görüşü keçirilib.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov tədbiri giriş sözü ilə açaraq müasir dünyada təhsilə böyük diqqət yetirildiyini, hər bir ölkənin gələcəyinin onun öz vətəndaşlarına verdiyi təhsilin səviyyəsi ilə ölçüldüyünü dilə gətirib.

Təhsilin inkişafının hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunu xatırladan direktor müavini deyib ki, Azərbaycan da belə ölkələr sırasındadır.
 
Kollecin direktoru Varis Allahverdiyev tələbələr qarşısında çıxış edərək bildirib ki, Azərbaycanda təhsilin inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Qeyd olunub ki, həmin vaxtdan başlayan təhsil quruculuğu bugünkü uğurlara zəmin yaradıb.

Direktor vurğulayıb ki, dünya şöhrətli siyasətçi Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdandan sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb.
 
O, prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söhbət açıb.
 
Daha sonra BİTKol-da yaradılan şəraitdən, obyektivlik və şəffaflıqdan, tədrisin yüksək səviyyədə təşkili üçün görülən işlərdən danışan V.Allahverdiyev tələbələri dərsə davamiyyətə, nizam-intizama ciddi fikir verməyə, dərslərə, qarşıdan gələn imtahan sessiyalarına məsuliyyətlə hazırlaşmağa səsləyib.
 
Əsasən tələbələrin fikirlərinin, təkliflərinin dinlənildiyi görüşdə onları maraqlandıran suallar kollec direktoru tərəfindən ətraflı cavablandırılıb. 
 
BİTKol-da birinci kursda 9 illik təhsil bazasından 354 tələbə təhsil alır.
 





01.11.2017    çap et  çap et