525.Az

Fransada 719 gün davam edən fövqəladə vəziyyət rejimi sona çatdı


 

Fransada 719 gün davam edən fövqəladə vəziyyət rejimi sona çatdı<b style="color:red"></b>

Fransada 2015-ci il noyabrın 13-də baş verən terror hücumlarından sonra elan olunmuş fövqəladə vəziyyət rejimi aradan qaldırılıb.

AzərTAc Anadolu agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emanuel Makron 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra 719 gün davam edən fövqəladə vəziyyət rejimini ləğv edib.

Həmin müddətdə polis 4457 ünvanda axtarış aparıb, 625 silah ələ keçirilib, 998 iş açılıb, 752 nəfər barəsində ev dustaqlığı qərarı verilib.

 





01.11.2017    çap et  çap et