525.Az

“Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir”


 

“Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir”<b style="color:red"></b> “Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir. Görüşdə “yaşıl gömrük yolu”, iki tərəfli və üçtərəfli milli pul vahidi ilə ticarət və enerji sahəsində müştərək sərmayə və hasilat haqqında razılıq əldə olunub”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu prezident Həsən Ruhani İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşdən sonra bəyan edib.
 
“Qərara aldıq ki, hər üç ölkənin potensialından istifadə edək. Biz üç Xəzəryanı ölkəyik və bu dənizdən sülh və inkişaf üçün istifadə edirik. Razılığa gəldik ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafını asanlaşdıraq”, deyə H.Ruhani bildirib.
 





02.11.2017    çap et  çap et