525.Az

Tanınmış türkiyəli aktyor intihar etdi


 

Tanınmış türkiyəli aktyor intihar etdi<b style="color:red"></b> Tanınmış türkiyəli aktyor Cem Qorxmaz intihar edib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, aktyorun qardaşı Can Qorxmaz məlumatı təsdiqləyib.
 
1987-ci ildə Bursada anadan olan C.Qorxmaz “yutuber” və teleaparıcı kimi tanınıb.
 
Komediya janrında çıxış edən C.Qorxmaz  “Rəcəb İvədik 4”, “Digər yarım”, “Bizim ev” kimi filmlərdə çəkilib. Hələlik intiharın səbəbləri barədə məlumat verilmir.
 
Qeyd edək ki, Cem Qorxmaz tanınmış aktyor Muhittin Qorxmazın oğludur.
 





02.11.2017    çap et  çap et