525.Az

Türkiyədə terrorçularla atışmada 8 əsgər şəhid oldu


 

Türkiyədə terrorçularla atışmada 8 əsgər şəhid oldu<b style="color:red"></b> Bu gün İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları ilə hərbçilər arasında atışma olub.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular Hakkari rayonunun Şəmdinli qəsəbəsinə keçmək istəyiblər.
 
Atışma nəticəsində 8 əsgər şəhid olub, 4 terrorçu məhv edilib.
 
Bölgədə vertolyotların da cəlb edildiyi geniş miqyaslı əməliyyat başlayıb.
 





02.11.2017    çap et  çap et