525.Az

"SABAH" xaricdə təhsil sərgisi keçirəcək


 

"SABAH" xaricdə təhsil sərgisi keçirəcək<b style="color:red"></b>

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, sözügedən sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək.

Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.

Xaricdə təhsil sərgisi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.

Nazirliyin məlumatında bildirilib ki, "SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.

S.QARAYEVA

 





02.11.2017    çap et  çap et