525.Az

“Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır”


 

“Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır”<b style="color:red"></b> "İkitərəfli münasibətlər yüksək səviyyəli görüşlərdə və qarşılıqlı anlaşmalarda öz əksini tapıb. Dostluq və əməkdaşlıq razılaşmalarını 2013-cü ildə imzalamışıq. Monteneqro baş nazirinin və parlament spikerinin Bakıya planlaşdırılan səfərini müzakirə etdik".
 
APA-nın məlumatına görə, bunu Monteneqro xarici işlər naziri Srcan Darmanoviç Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
”Biz konstruktiv dialoq, münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini və BMT qətnamələrinin icrasını nəzərə almaqla, həllinə tərəfdarıq. Azərbaycan Monteneqro üçün strateji tərəfdaşdır. Azərbaycan qazının sərhədimizə çatdırılması layihəsi bizim üçün qaz mənbələrinin şaxələndirilməsi imkanı yaradacaq və iqtisadi əlaqələr genişləndiriləcək”, - deyə o vurğulayıb.
 





02.11.2017    çap et  çap et