525.Az

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi


 

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi<b style="color:red"></b> Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib.
 
APA-nın məlumatına görə, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
 
Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.
 
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, Yasamal qəbiristanlığında dəfn olunacaq.
 
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
 
Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.
 
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 





02.11.2017    çap et  çap et