525.Az

Trampın yeznəsi “Rusiya işi” üzrə sənədləri xüsusi prokurora təqdim etdi


 

Trampın yeznəsi “Rusiya işi” üzrə sənədləri xüsusi prokurora təqdim etdi<b style="color:red"></b> ABŞ prezidenti Donald Trampın yeznəsi və müşaviri Cared Kuşner “Rusiya işi” üzrə istintaqa aid sənədləri xüsusi prokurora təqdim edib. 
 
APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə,  xüsusi prokuror Robert Müllerin rəhbərlik etdiyi müstəntiqləri Ceyms Kominin Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsindən kənarlaşdırılması məsələsində Cared Kuşnerin rolu maraqlandırıb.
 
Məlumata görə, C.Kuşner Moskva ilə bağlı bütün təmaslara dair seçkiqabağı kampaniyaya və keçid dövrünə aid sənədləri könüllü sürətdə xüsusi prokurora təqdim edib.  
 
Qeyd edək ki, FTB və Konqres Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və D.Trampın Moskva ilə iddia edilən əlaqələri ilə bağlı araşdırma aparır.
 





03.11.2017    çap et  çap et