525.Az

SOCAR neftçilərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yaydı - Yenilənib


 

SOCAR neftçilərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yaydı - <b style="color:red">Yenilənib</b>

"Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın saytında yer alan məlumatda vurğulanır.
 
Məlumata əsasən, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb: "Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir".

Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
*** 10:32
 
Ötən gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib.
 
SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə açılmasında bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, xəsarət alan işçilər xəstəxanaya çatdırılıb: "Xəsarət alanlardan biri artıq evə buraxılıb, digərinin müalicəsi davam etdirilir".
 
Dövlət şirkətinin rəsmisi əlavə edib ki, hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb.

 





03.11.2017    çap et  çap et