525.Az

"Bakı-Tbilisi-Qars təhlükəsiz və sürətli nəqliyyat xidmətidir"


 

"Bakı-Tbilisi-Qars təhlükəsiz və sürətli nəqliyyat xidmətidir"<b style="color:red"></b>

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çox yaxşı layihədir, bunu müsbət qarşılayırıq".
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib.

Avropa İttifaqının hər növ əməkdaşlıq vasitələrini dəstəklədiyini vurğulayan səfir deyib ki, bu layihə Avropa İttifaqı ölkələri və Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə, ticarətin yaxşılaşdırılmasına müsbət təsir edəcək, gediş-gəlişi asanlaşdıracaq.

Səfirin sözlərinə görə, BTQ təhlükəsiz və sürətli nəqliyyat xidmətini təmin edir: "Hazırda davam etdirilən Şimal-Cənub dəhlizi də əhəmiyyətli layihədir".

 





03.11.2017    çap et  çap et