525.Az

Qubada güclü yanğın: ölən var


 

Qubada güclü yanğın: <b style="color:red">ölən var</b> Quba şəhərində güclü yanğın hadisəsi baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağamalıoğlu küçəsində yaşayan Raqib İsazadəyə məxsus 2 mərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə 80 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra R.İsazadənin yanmış meyiti tapılıb.
 
Hadisə ilə bağlı araşdırmalar aparılır.
 





04.06.2013    çap et  çap et