525.Az

Kino mütəxəssisimiz beynəlxalq film festivalında münsif olacaq


 

Kino mütəxəssisimiz beynəlxalq film festivalında münsif olacaq<b style="color:red"></b>

Noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində beynəlxalq film festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova festivala münsif qismində dəvət olunub. O, festivalın 9 ölkədən 10 filmin yer aldığı qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramının münsiflər heyətinin üzvü olacaq.

“3Dost” animasiya studiyası və “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışan Səmayə Əsgərova həm də “Cinemazadeh” kinoşirkətində prodüserdir. O, həmçinin, bir sıra beynəlxalq film festivallarının Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan istehsalı olan “Nar bağı” bədii filmi də cari ildə adıçəkilən festivalın əsas müsabiqə proqramında yer alıb.

 





04.11.2017    çap et  çap et