525.Az

Yaponiya və Azərbaycan musiqiçiləri eyni səhnədə


 

Yaponiya və Azərbaycan musiqiçiləri eyni səhnədə <b style="color:red"></b>

Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib.
 
Konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.

Konsertin birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim etdiyi musiqi sintezi maraqla qarşılanıb.

Ş.MÜŞFİQ

 





04.11.2017    çap et  çap et