525.Az

19 rus şairin şeiri Azərbaycan dilində


 

19 rus şairin şeiri Azərbaycan dilində<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Rusiya Yazıçlar Birliyi Arxangelsk regional şöbəsi və Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatı ilə birgə Rusiyanın Arxangelsk vilayətinin 19 şairinin şeiri toplanmış antologiya çap edib.

Birlikdən 525.az-a verilən məlumata görə, toplu “Arxangelskdə Azərbaycan Mədəniyyəti Günləri” münasibəti ilə hazırlanıb.

Nəşrdə Yelena Kuzmina, Vasiliy Matonin, Valeri Çubarov, Valeri Şabalin, Aleksandr Loqinov, Vladimir Noqovitsin, İnqa Arteyeva, Pavel Zaxarin, Vladislav Popov, Olqa Korzova, Tatyana Polejaeva, İlya İkonnikov, Lyudmila Jukova, Angelina Prudnikova, Yelena Nikolixina, Tatyana Şerbinina, Oleq Borisov, Qalina Rudakova və Nadejda Knyazovanın şeirləri yer alıb.

Tərtibçisi Olqa Korzova (Arxangelsk), önsöz müəllifi Yelena Qalimova (Arxangelsk), layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı, redaktoru Afaq Şıxlı (Moskva) olan antologiyanın məsləhətçiləri deputat, akademik Nizami Cəfərov, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başçısı Tərlan Qasımov, rəyçiləri isə deputat Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubun direktoru İbrahim İlyaslıdır.

Şeirləri Azərbaycan dilinə Afaq Şıxlı, Akəm Xaqan, Aybəniz Əliyar, Əhməd Orucov (Şəfəq), Əkbər Qoşalı, Elman Tovuz, Elşad Barat, Faiq Balabəyli, Həyat Şəmi, Hikmət Məlikzadə, Xan Rəsuloğlu, Xatirə Fərəcli, İradə Əlili, İlham Ələkbərov, İlham Qəhrəman, İlqar Türkoğlu, Lamiyə İsazadə, Məlahət Yusifqızı, Murat Ərturan, Nazilə Gültac, Nigar Rəhimova, Ramil Mərzili, Rəsmiyyə Sabir, Səbinə Babalı, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfa Vəli, Talehə Əliyeva, Taleh Mansur, Təranə Turan (Rəhimli), Vüsal Oğuz, önsözü isə Nəcibə İlkin çevirib.

 





05.11.2017    çap et  çap et