525.Az

Almaniyada kürdlərlə toqquşma: azı 15 polis xəsarət aldı


 

Almaniyada kürdlərlə toqquşma: <b style="color:red">azı 15 polis xəsarət aldı</b> Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.
 
APA-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu  bayraq və ya bannerlər qaldırıblar.    
 
Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb. Azı 15 polis xəsarət alıb.    
 
Xatırladaq ki, kürdlər sentyabrın 16-da Köln şəhərində icazəli etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.
 





05.11.2017    çap et  çap et