525.Az

"İŞİD lideri İraqdan Suriyaya qaçıb"


 

"İŞİD lideri İraqdan Suriyaya qaçıb"<b style="color:red"></b> İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi hazırda Suriya ərazisindədir.
 
APA-nın xəbərinə görə, bu barədə Misirin “Addustour” qəzeti İraq kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.
 
Məlumata əsasən, noyabrın 4-də Əl-Bağdadi İraqın Rava rayonunu (Ənbər əyaləti) tərk edərək taksi avtomaşını ilə  Suriyaya yollanıb. Onun hazırda Deyr ez-Zor şəhəri ətrafında olduğu bildirilir.
 





06.11.2017    çap et  çap et