525.Az

“3 gün sizinlə”də bu dəfə Fatma Mahmudova səhnəyə çıxdı


 

“3 gün sizinlə”də bu dəfə Fatma Mahmudova səhnəyə çıxdı<b style="color:red"></b>

Azərbaycan Dövlət Musiqili Teatrının “3 gün sizinlə” layihəsi uğurla davam edir.

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu dəfə layihə çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Fatma xanım Mahmudova ardıcıl şəkildə 3 gün tamaşaçıların qarşısına çıxıb. O, E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Bağdagül, R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində Səkinə, Elçinin “Baladadaşın toy hamamı”musiqili-lirik komediyasında isə Zibeydə obrazını canlandırıb.

Bu səhnə əsərlərində onun tərəf-müqabilləri Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Hüseyn Əlili və başqaları olublar. 

Hər üç tamaşa böyük uğurla keçib, alqışlarla qarşılanıb.

XƏDİCƏ

 





06.11.2017    çap et  çap et