525.Az

Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin təfərrüatları açıqlandı


 

Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin təfərrüatları açıqlandı<b style="color:red"></b> Səudiyyə Ərəbistanında korrupsiya cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılan sabiq məmur və sahibkarlar ətraflı dindiriliblər, onların korrupsiya sxemləri ilə əlaqəsini təsdiqləyən bir çox dəlillər toplanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Səudiyyə Ərəbistanının  baş prokuroru Səud əl-Mücib bildirib. 
 
“Bu, korrupsiyanın kökünün kəsilməsi üzrə həyati mühüm prosesin başlanğıcıdır, şübhəli şəxslər saxlanılıb, onlar ədalət məhkəməsindən yayına bilməyiblər. Ətraflı dindirilmələr zamanı xeyli sübut toplanıb”, - deyə prokuror qeyd edib. 
 
Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Xalid əl-Mheysan həbslərlə nəticələnən ilkin istintaqın üç il davam etdiyini bildirib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.
 
Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.
 





07.11.2017    çap et  çap et