525.Az

Türkiyə ABŞ baş konsulluğu əməkdaşlarının işi ilə bağlı zəmanət verməyəcək


 

Türkiyə ABŞ baş konsulluğu əməkdaşlarının işi ilə bağlı zəmanət verməyəcək<b style="color:red"></b> Türkiyə hər-hansı cinayət işi və digər hüquqi proseslər üzrə ABŞ-a heç bir zəmanət verməyəcək, çünki bu hökumətin səlahiyyətinə daxil deyil.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ABŞ-dakı səfirliyinin bəyanatında bildirilir.  
 
Bəyanat ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşlarının saxlanılmasından sonra iki ölkə arasında başlayan viza böhranı fonunda səsləndirilib. Qeyd edək ki, ötən gün ABŞ və Türkiyə vizaların verilməsini qarşılıqlı surətdə qismən bərpa edib.  
 
“Türkiyə hüquqi dövlətdir və hökumətimiz davam edən hüquqi proseslərin predmeti olan işlərə dair heç bir vəd verə bilməz”, - deyə səfirliyin bəyanatında qeyd olunur.
 
Səfirlik qeyd edir ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları səlahiyyətlərini yerinə yetirdiklərinə görə yox, onlara qarşı ciddi ittihamların irəli sürüldüyünə görə saxlanılıblar. Bununla əlaqədar, konsulluq səlahiyyətləri çərçivəsindən çıxaraq Türkiyə ərazisində cinayət törədən şəxslər barədə hüquqi prosedurların başlanmasına dair məsələ ölkənin müstəqil məhkəmə orqanlarının səlahiyyətindədir.
 
Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.
 
Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.
 





07.11.2017    çap et  çap et