525.Az

Müstəqillik illərində 700 milyon ton neft hasil olunub


 

Müstəqillik illərində 700 milyon ton neft hasil olunub<b style="color:red"></b>

"Azərbaycan müstəqilliyini əldə edəndən bu günə qədər 700 mln. ton neft hasil olunub".

"APA-Economics" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 460 mln. tonu Azəri-Çıraq-Günəşli yatağının, qalan hissəsi isə digər yataqların payına düşüb.

D. İskəndərov onu da qeyd edib ki, 1 milyardıncı ton neft 1971-ci ildə hasil olunub.

 





07.11.2017    çap et  çap et