525.Az

Torpaq Səthinin Monitorinq Sistemini hazırlanacaq


 

Torpaq Səthinin Monitorinq Sistemini hazırlanacaq<b style="color:red"></b> Əmlak Məsələləri Dövlət Komitəsi Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender elan edir.
 
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tenderdə CİS (Coğrafi İnformasiya Sistemi) üzrə proqram təminatlarının hazırlanması sahəsində təcrübəsi və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
 
Tenderdə iştirak etmək istəyənlər 1000 manat və ya Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1000 manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesablarından birinə köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 ünvanından ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.
 
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
 
İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində “Əsli” və “Surəti” yazılmış) təqdim etməlidirlər.
 
Azərbaycandan olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcək.
 
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 14 təqvim ayı müddətində icra olunmalıdır.
 
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla) 13 dekabr 2017-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 21 dekabr 2017-ci il tarixinə qədər (saat 17:00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 814, əlaqələndirici şəxs - Mehman Bayramov) ünvanına təqdim etməlidirlər.
 
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
 
İddiaçıların tender təklifləri 22 dekabr 2017-ci il tarixində (saat 11:00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq № 310) ünvanında açılacaq. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcək.
 





07.11.2017    çap et  çap et