525.Az

SOCAR-ın Gürcüstandakı terminalından nəql artıb


 

SOCAR-ın Gürcüstandakı terminalından nəql artıb<b style="color:red"></b>

SOCAR-a məxsus olan Kulevi Neft Terminalı cari ilin yanvar-sentyabr aylarında 1,3 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 mln. ton çoxdur.

9 ay ərzində qonşu ölkənin dəniz liman və terminalları 12,1 mln. ton yük emal edib.

Hesabat dövründə Poti limanı 5 mln. ton, Batumi limanı 3,1 mln. ton, Supsa neft terminalı isə 2,7 mln. ton yük emal edib.

 





07.11.2017    çap et  çap et