525.Az

Gürcüstanın yanacaq idxalının 25%-i Azərbaycanın payına düşür


 

Gürcüstanın yanacaq idxalının 25%-i Azərbaycanın payına düşür<b style="color:red"></b> Cari ilin oktyabr ayında Gürcüstan Azərbaycandan 24 min ton benzin və dizel yanacağı idxal edib.
 
APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayının göstəricisindən 3 min ton çoxdur.
 
Ötən ay Gürcüstanın neft məhsulları idxalının 24,7 faizi Azərbaycanın payına düşüb.
 
Oktyabr ayında Gürcüstan ümumilikdə 97,1 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da sentyabr ayı ilə müqayisədə 12,4 min ton azdır. Qonşu ölkə ən çox Rumıniyadan (28,8 min ton) qeyd olunan neft məhsullarını idxal edib. Qonşu ölkə həmçinin Rusiya (24,3 min ton), Türkmənistan (8,5 min ton), Bolqarıstan (8,3 min ton) və Yunanıstandan (3,1 min ton) neft məhsulları idxal edib.
 





07.11.2017    çap et  çap et