525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim... - III hissə


 

Yarpaq tökümü və yaxud düşüncələrim... - <b style="color:red">III hissə </b>

Qazanc - halal, ya haram olsun - tək sənin deyil.  Bölə bilmirsənsə, böləcəklər...

Hər günahı bağışlamazlar

Elə göz yaşları var ki, gözdən axır, amma ürəkdən gəlmir...

Belindəki kƏmƏrin deşiyi qarnından asılıdır

Əyilən qaməti kim gəlib düzəldəcək?

Yanındakını çox yorma - tənha qalarsan

Vərdişləri birdən-birə tərgitməyə öyüd-nəsihət  kar etməz

Yüyrək yeridiyin kimi, yüyrək də danışma

Dişin dibindən çıxan Söz çürük olar

Elə səhvlər var ki, ömür boyu boğazından xalta kimi sallanar, səni gözüqırpıq və gözükölgəli edər

Evə gətirdiyin ÇörƏk Taleyin qazancıdır

Hərkəs mənsəb sahibi olanda, heçdə dəyişməz qala bilmir

Ayağını yerə qoy, görüm hara gedirsən, atam balası?!

Ölüm ayağındakı Müdriklik kimə lazımdır?!

Gözün suyu burnun suyu kimi çirkli ola bilməz

Harınlıq ayağın altını örtür

Ya ağla, ya gül - adam var ki, onun üçün fərqi yoxdur

Nə gözünü döy, nə özünü öy

Həyətindəki xoruzun banlaması elə dörd divarın arasında da qalacaq

ŞöhrƏt - yaxşı şeydir, ancaq onu qazanan ondan qoruna bilmir

Oğurluq bəlası, tamah hissi  gözdən başlayar

Dolu ağzını marçıldadma, yanındakı boş mədəni qıcıqlandıracaq

Elə şeylər var ki, o sənin taleyinə yazılmayıb, axtarıb özünü yorma

Dil yerindən çıxmasa, çox pərdələr yırtılmaz...

Mədəsi ac olan ürəkli ola bilməyəcək

Ağzındakının dadını səndən yaxşı bilən olmayacaq

Nazı onu başa düşən şəxsin yanında edəndə - qiymətləndiriləcəksən

Elə yeriş var ki, uzaqdan hər şeyi büruzə verir

Üzündən tökülən toxluq ola bilər ki, içindən gəlmir

Qırx gün söhbəti müqəddəsdir və həm də hər sahədə sınaq müddətidir

Qaldıra bilmədiyin yükü qoy yerində qalsın

Xoşbəxtliyin  və ya bədbəxtliyin uğrunda vurnuxanda bil ki, bu, sənin iradəndən kənar söhbətdir

Elçilikdə dediyin "Allah xoşbəxt eləsin!"  kəlamının bəzən əzabını da çəkməli olursan

Mızıldama, sızıldama , inildəmə!..

Danışmazdan qabaq özünə qulaq asmağı da bacar

Dünyaya gətirdiyin övladın adını sən qoysan  da, Taleyini Allah yazacaq

Hər hansı bir məqsədə doğru sürünməzlər, qətiyyətlə gedərlər

Ayaq izləri başqasının ayaqqabısından da qala bilər, ancaq barmaq izləri təkcə sənindir...

Elə vərdişlər var ki, el də yığılsa, tərgitdirə bilməz

Başqasının nə uğuruna, nə də varına həsəd aparmazlar

Kimsəni endirirsənsə, özünü qaldıra bilməyəcəksən

Barmağın ucundankı iy səni tamsındırar və ... yolundan  çıxara bilər

Sən sevməyi və sevinməyi necə, bacarırsanmı?

Elə yaxşılıqlar var ki, onun yolunda yatsan da azdır

Səni qiymətləndirməyən, sənin hər hansı jestini də qiymətləndirə bilməyəcək

Hər axşam evin kişisi gələn yolu  intizarla gözləyən qadın çörək tapacaq və nəvə-nəticə yiyəsi olacaq

Elə dƏrd var ki, ona ƏyilmƏsƏn yaxşıdır

Paxıl qardaş, paxıl dost - ən qorxulu düşməndir

İnsanları qovuşduran göz yaşları müqəddəsdir

Sabah  ölüm ayağında yastığına dirsək olacaq bir kimsən varsa, bax, ən böyük həmdəmin odur

Qabağı mən səndən də yaxşı görürəm. Bəs arxanı necə, arxandakı o baxışları görə bilirsənmi?

Diriykən qədir bilməyənim,  mən öləndən sonra qəbrimə gəlib gülləri düzmə, ürəyimi üzmə...

Sən öləndən sonra adını əməllərin daşıyacaq

Tamahın geriyə yolu yoxdur

Qazandığın dəyərləri hər yerdə xırdalama

Əlini cibinə qoymaqla cibin dolmayacaq

Baxır edilən duAlar hansı ağızdan çıxır

İnsanın içini heç  çölü də gizlədə bilmir

Günahkar insan - ölüm ayağında yaxşı ölə bilmədiyindən zarıyır...

Elə dərd var ki, onu dərman da sağaltmayacaq

Vaxtında dayanmağı və vaxtında qayıtmağı bacar - udan sən olacaqsan

Mühit - qorxulu müəllimdir

Dur get, görüm, səndən nə danışacaqlar!?

Çörək vermirsən, hələ bir bais də olursan?!

Elə danış ki, özünü də aldatmayasan

Ayağının altından yer qaçanda, Sən hara qaçacaqsan?

Özünü ora-bura soxursan, barmağını isə burun-qulağına

Zamanın ölçüləri Dünyanı ovutmaq üçündür

Hər gördüyün yaxşını danışıb kiminləsə bölüşmə: düşər-düşməzi olar...

Nə ayaq səslərini, nə nəfəsini, nə əl izlərini gizlədə  bilməyəcəksən...

Hünərli adam dil uzatmaz, əl uzadar

Hər səsdə bir nəfəs də var

Bir yazını ki, yazan yazıb, kimdi onu pozan!?

Boyundan uca tullansan da, qəlbindən uca görünə bilməyəcəksən

Ağarmış saçların da rəngini gizlədərlərmi?

Üstünə nə qədər qar yağsa da, Torpaq altını dəyişməyəcək, qoruyacaq varını...

Göylərin dərinliyində sonalanıb, cərgələnib, sıralanıb, səf tutub gedən quşların ahənginə baxan və baxdıqca heyran olan bəşər övladı - bir azacıq fikirləşsə, nəticə çıxarsa - Dünya yaxşıca boşalardı, ayrı düşmüş qəbirlərin ruhu da dincələrdi...

QƏribi gəlməyənin həsrətli gözlərini ölüm də bağlaya bilmir

Ağlayanda dil deməsən, selin qabağı açılmaz...

Qol qaldırıb oynayanda ürək atlanar

QalibiyyƏt sənə mƏğlubiyyƏti də öyrətməlidir

ÇƏmƏn şehi  - səhərin göz yaşlarıdır, üstündə ehtiyatla gəz-dolan

Ayağını yerdən üzən insan hər an, hər saniyə ölümlə üzbəüz durur

Ölümü - o gəlməmiş gözlə və qarşıla...

Soyuqda, sazaqda iliyim, sümüyüm üşüyəndə, gəlib qəbrimdə bir ağız ağlayarsan, mənim gözü selli-sulu, ağlayan bacım!..

 





07.11.2017    çap et  çap et