525.Az

Moskvada Oktyabr inqilabının 100 illiyinə həsr olunmuş yürüş


 

Moskvada Oktyabr inqilabının 100 illiyinə həsr olunmuş yürüş <b style="color:red"></b> Rusiya paytaxtında Oktyabr inqilabının 100 illiyinə həsr olunmuş yürüş keçirilib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kommunist Partiyasının təşkil etdiyi yürüşdə müxtəlif ölkələrdən sol yönümlü siyasi qüvvələrin nümayəndələri iştirak ediblər.
 
Nümayişçilər əllərində Lenin komsomolunun bayraqları, Lenin və Stalinin portretləri, habelə kommunist şüarları yazılan plakatlarla Puşkin meydanından İnqilab meydanınadək yürüş ediblər. Sonra İnqilab meydanında yerləşən Karl Marksın heykəlinin önündə mitinq keçiriblər.
 
Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Oktyabr inqilabının 100 illiyi münasibəti ilə 80 ölkədən 130-dan çox nümayəndə heyətinin Rusiyaya səfər etdiyini bildirib.
 





07.11.2017    çap et  çap et