525.Az

De Blazio yenidən Nyu-Yorkun meri seçildi


 

De Blazio yenidən Nyu-Yorkun meri seçildi<b style="color:red"></b> Demokrat partiyasının üzvü Bill De Blazio yenidən Nyu-York şəhərinin meri seçilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə nəticəsində Di Blazio 60 faizdən çox səs qazanıb.
 
Beləliklə, 56 yaşlı De Blazio 2022-ci ilədək meqapolisə rəhbərlik edəcək.
 
Onun rəqibi, Respublikaçılar partiyasının təmsilçisi 36 yaşlı Nikol Malliotakis hazırkı şəhər rəhbərini səmərəsiz fəaliyyətə görə tənqid etsə də, seçki kampaniyası zamanı De Blaziodan xeyli geri qalıb.
 
De Blazionun şəhərdə əlverişli qiymətli evlərin sayının artırılması və cinayətkarlığın aşağı səviyyədə olmasına dair fəaliyyəti təqdirəlayiq sayılıb.
 





08.11.2017    çap et  çap et