525.Az

Bakı metrosunun yeni xətlərində 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək


 

Bakı metrosunun yeni xətlərində 7 vaqonlu, kondisionerli qatarlar hərəkət edəcək<b style="color:red"></b>

“Yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub”.
 
“APA-Economics” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. “Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, - deyə sədr qeyd edib.

 





08.11.2017    çap et  çap et